-
- 27-02-2024, 14:10
- 871
Ata azyaşlı qızını.. - TÜKÜRPƏDƏN OLAY
Əskişəhərin Sivrihisar rayonunda 19 il əvvəl evində asılmış vəziyyətdə tapılan 9 yaşlı Cansu Şilerin atası qətldə şübhəli bilinərək həbs edilib.
News24.az xəbər verir ki, Yukarı Kepen rayonunda yaşayan Cansu Şiler 2005-ci ildə evində ölü tapılıb.
Tarladan evə gedərkən qızını asılmış vəziyyətdə tapdığını iddia edən Mehmet Siler 19 il sonra İl Jandarma Komandirliyinə bağlı Jandarma Cinayət Axtarış Qrupu (JASAT) qrupları tərəfindən aparılan araşdırmalar çərçivəsində nəzarətə alınıb.
Qızını öldürüb intihara oxşamaqda şübhəli bilinərək jandarma qrupları tərəfindən tutlan Mehmet Şiler jandarmdakı əməliyyatlardan sonra ədliyyəyə göndərilib.
Şübhəli ata hakimlik tərəfindən həbs olunub.
Günel Məlikzadə