Evlilik kişilərin sağlamlığına mənfi təsir edir - ARAŞDIRMA
    • 6-03-2024, 21:43
    • 657

Evlilik kişilərin sağlamlığına mənfi təsir edir - ARAŞDIRMA

Çin Sosial Elmlər Akademiyasının alimləri müəyyən ediblər ki, evlilik kişilərin fiziki sağlamlığına mənfi təsir göstərir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, araşdırma "Economics and Human Biology" jurnalında dərc olunub.

Elmi iş 18 yaşdan 45 yaşa qədər olan insanlar üzərində təcrübədən keçirilib. Alimlər müəyyən ediblər ki, evlilik kişinin bədən kütləsi indeksinə əhəmiyyətli dərəcədə təsir edir. Belə ki, evləndikdən sonra kişilərin 5,2%-də artıq çəki yaranır, piylənmə isə 2,5% artır.

Kişilər yaşlandıqca əhəmiyyətli dərəcədə piylənmə riski ilə üzləşirlər. Ona görə də evləndikdən sonra onların özlərinə laqeyd yanaşmaması, sağlam qidalanma vərdişlərini qoruyub saxlamaları və mütəmadi olaraq idman etmələri vacibdir.

Maraqlıdır ki, qadınlarda bu tendensiya müşahidə edilməyib.