-
- 7-03-2024, 08:00
- 271
İndoneziya sahilində zəlzələ olub
İndoneziyanın cənub-şərq sahilini yuyan Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub.
News24.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Verilənlərə əsasən, yeraltı təkanların episentri İndoneziyanın Tual şəhərindən (əhali: 93 min) 174 km şimal-şərqdə olub. Yerli vaxtla 08:56-da (Bakı vaxtı ilə 03:56-da) qeydə alınmış təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.
Dağınt və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.