“Liatris Travel” Sizə dünyanın istənilən ölkəsinə ULDUZ səyahəti təklif edir.

Bu günlərdə "Liatris Holding"in tərkibində fəaliyyət göstərən "Liatris Travel" yeniliyə imza atıb.

News24.az xəbər verir ki, turistik, tibbi, işgüzar səfərlərin təşkil olunmasını həyata keçirən şirkət "Ulduz paketi" adlı xidmətini istifadəyə verib. 

Məxsusi olaraq tanınmış simalar üçün hazırlanan “Ulduz paketi”nə xüsusi qarşılanma, hotel xidməti və səfər çərçivəsində möhtəşəm sürprizlər daxildir. Ulduza yaraşan “Ulduz paketi” məhz ulduzlar üçündür.

Məşhurlarımız üçün hazırlanan xüsusi “Ulduz paketi”ni əldə edən tanınmışlar səfər etdiyi ölkədə göstərilən yüksək səviyyəli xidmətdən çox razı qalacaqlar.

“Liatris Travel”in təqdim etdiyi “Ulduz paketi”ndən istifadə zamanı, həm də endirim əldə etmək mümkündür.

"Liatris Holdinq"in nəzdində fəaliyyət göstərən "Liatris Travel"in rəhbəri iş xanımı Ruhi Əliyevadır. "Ulduz paketi" üçün təşkil olunan təqdimat mərasimində xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Təyyar Bayramov, Zakir Əliyev, xanəndələr Səbinə Ərəbli, Pərviz Qasımov, Kamilə Nəbiyeva, şair Vahid Əziz, aparıcı Nanə Ağamalıyeva, aparıcı-xeyriyyəçi Hacı Nuran Hüseynov iştirak edib. 

Qeyd edək ki, “Liatris Holding” Şirkətlər Qrupunun tərkibində olan “Liatris Travel” 2018-ci ildən etibarən fəaliyyət göstərir.

Şirkət yarandığı gündən göstərdiyi keyfiyyətli xidmətlə müştərilərin rəğbətini qazanıb.


Video

Video 2

Fotolar