"Liatris Holdinq"də dezinfeksiya işləri aparıldı - VİDEO
    • 23-03-2020, 11:33
    • 927

"Liatris Holdinq"də dezinfeksiya işləri aparıldı - VİDEO

"Liatris holdinq" Şirkətində koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.

News24.az-ın  məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə şirkətin binasında - “Liatris Travel”in və News24.az saytının yerləşdiyi otaqlar dezinfeksiya olunub.

Bakı şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən aparılan dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.