İranın neft emalı zavodunda partlayış: ölənlər var
    • 7-03-2024, 15:36
    • 178

İranın neft emalı zavodunda partlayış: ölənlər var

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində böyük neft emalı zavodunda yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın səhər saatlarında baş verib. Obyektdə partlayış səsinin eşidildiyi iddia edilir. Hadisənin başvermə səbəbləri məlum deyil.

Hadisə nəticəsində xəsarət alanlar olub, lakin onların dəqiq sayı açıqlanmayıb.

Bildirilir ki, hakimiyyət hələlik insidentlə bağlı şərh verməyib.

Mehriban Mirzəzadə