Tehrandakı səfirliyimiz fəaliyyətini nə zaman bərpa edəcək? - AÇIQLAMA
    • 7-03-2024, 17:07
    • 313

Tehrandakı səfirliyimiz fəaliyyətini nə zaman bərpa edəcək? - AÇIQLAMA

Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində addımlar müzakirə edilir.

News24.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Bu barədə addımlar müzakirə edilir. Səfirliyin açılacağı tarix məlum deyil", - deyə o bildirib.

Qeyd edək ki, ötən il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.