-
- 7-03-2024, 20:20
- 216
Çex fermerlərindən gübrəli etiraz
Avropa ölkələrində fermerlər kənd təsərrüfatı siyasətinə reaksiya verməkdə davam edir.
News24.az xəbər verir ki, Çexiyanın müxtəlif nöqtələrindən yola çıxan yüzlərlə fermer traktorları ilə konvoy təşkil edərək paytaxt Praqaya gəliblər.
Traktorları ilə yolları bağlayaraq nəqliyyatın hərəkətini kəsən fermerlər Hökumət Aparatı qarşısında bir araya gəliblər.
Fermerlər hökumət aparatının qarşısına heyvan peyini ataraq kənd təsərrüfatı siyasətlərinə etiraz ediblər.
Çexiya Kənd Təsərrüfatı Palatasından Jan Dolezal aksiyadan əvvəl verdiyi açıqlamada, "Vəziyyət yaxşı deyil və getdikcə daha da pisləşir. Koalisiya hökumətinin siyasi iradəsi olmadıqda, biz açıq şəkildə kömək istəməliyik" dedi.
Günel Məlikzadə