-
- 7-03-2024, 23:10
- 228
60-cı illərin kosmos yarışı yenidən başladı
Son məlumat Çin tərəfindən hərtərəfli kosmik layihənin həyata keçirildiyini göstərir. Ölkənin Aviasiya və Texnologiya şirkəti artıq 2024-cü ildə kosmosa uğurla 3 raket göndərib. Həmçinin şirkətin gələn ildən etibarən təkrar istifadə oluna bilən raketlərini istifadəyə verəcəyi bildirilir. Bu iddialar reallaşarsa, kartlar beynəlxalq kosmik tədqiqatlarda yenidən paylana bilər. Çin xalqı da bu hadisələri böyük ruh yüksəkliyi ilə qarşıladı.
News24.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən şirkətin Ar-Ge meneceri Wang Wei, hökumətin onlara verdiyi böyük dəstək sayəsində təkrar istifadə edilə bilən raketlər sahəsində əhəmiyyətli bir irəliləyiş əldə etdiklərini iddia etdi.
Raketlərdən birinin diametrinin 4 metr olacağını bildirən Vey, hazırlanan digər raketin diametrinin tam olaraq 5 metr olacağını bildirib. Bunun əksinə olaraq, SpaceX-in Falcon raketlərinin diametri cəmi 3,7 metrdir. Bu vəziyyət Çinin kosmos texnologiyalarında çatdığı son nöqtəni də ortaya qoyur.
Raketin diametrinin çox vacib olduğu bilinsə də, əlbəttə ki, raketin gücünü təyin edən başqa amillər də var. Bu mənada deyə bilərik ki, Çinin sahib olduğu texnologiya hələ də tam məlum deyil.
Ölkə təkrar istifadə edilə bilən raketlərdə uğur əldə etməklə investisiya xərclərini minimuma endirməyi planlaşdırır. Aviasiya və Texnologiya şirkəti bu yaxınlarda 2024-cü ildə kosmosa 100 raket göndərməyi planlaşdırdıqlarını açıqladı.
Günel Məlikzadə