Bu ilin 10-cu kosmos gəzintisi baş tutdu
    • 17-11-2022, 22:29
    • 232

Bu ilin 10-cu kosmos gəzintisi baş tutdu

Beynəlxalq Kosmik Stansiyada (BKS) rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin texniki işlər üçün kosmosa çıxıblar.

Sözügedən kosmos yürüşü ISS tarixində 255-ci gəzinti kimi qeydə alınıb.

Beynəlxalq Kosmik Stansiyada təmir işlərinin bir hissəsi olaraq kosmosda gəzintiyə start verilib. Təxminən 7 saat çəkəcəyi gözlənilən kosmos gəzintisi avadanlıqları quraşdırma üçün nəzərdə tutulub.

Belə ki, kosmik gəzinti bu il 10-cu, ISS tarixində isə 255-ci olaraq qeydə alınıb. /Qafqazinfo/