Cristiano Ronaldo "Juventusun" qələbəsinə sevinmədi - VİDEO
    • 22-04-2019, 17:25
    • 1 215

Cristiano Ronaldo "Juventusun" qələbəsinə sevinmədi - VİDEO

İtaliyanın "Juventus" futbol klubu 8 dəfə ard-arda İtaliya Çempionatının "Scudetto"-nun qalibi olub. News24.az xəbər verir ki, bu göstəricidə o Fransanın "Lyon" Klubunu qabaqlayıb və yeni dünya rekorduna imza atdı.

Amma bu nəticəyə baxmayaraq klubun lideri və əsas hücumçusu C. Ronaldo bu gələbəyə heç sevinmədi. Komanda soyunub-geyinmə otağında sevinərkən, Ronaldonun simasında yalnız əsəb və məyusluq olduğu diqqətdən qaçmayıb.  

Nəzərinizə çatdıraq ki, Ronaldo 2018-ci ilin yayında transfer pəncərəsindən "Real Madrid" klubundan - "Juventus" klubuna 100 milyon avroya transfer edilmişdi və əsas məqsədi yeni klubuna Çempionlar Liqasında qələbə qazanmağa kömək etmək idi. Lakin Nederlandın "Ajax" klubuna 1/8 finalda məğlub olmuşdu.