Ermənistan Hindistandan daha çox haubitsa alacaq
    • 8-03-2024, 23:40
    • 201

Ermənistan Hindistandan daha çox haubitsa alacaq

Ermənistan Hindistandan ATAGS artilleriyasının böyük partiyasını sifariş etmək niyyətindədir.

News24.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Məlumata görə, altı ədədi 2023-cü ildə alınmış ATAGS haubitsalarının birinci partiyasının ardınca Ermənistan bu il ikinci və daha böyük partiyasını – 84 ədəd almaq niyyətindədir.

Qeyd edək ki, artilerriyanın maksimum atəş məsafəsi 48 – 60 km-dir.