Ermənistan PUA əleyhinə sistem alır
    • 8-11-2023, 15:16
    • 112

Ermənistan PUA əleyhinə sistem alır

Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq.

News24.az xəbər verir ki, bu barədə "Eurasian Times" yazıb.

Məlumata görə, Ermənistan Hindistanın hazırladığı “Zen” əks-PUA sisteminin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin dəyəri 41,5 milyon dollardır. Buraya sistemin alınması və hərbi kadrların hazırlanması üçün vəsait daxildir.

Qeyd edək ki, "Zen Technologies" in idarə heyətinin 28 oktyabr 2023-cü il tarixli iclasında Ermənistanda filialın açılması təsdiqlənib.

Xatırladaq ki, 2022-ci ildə Hindistan Ermənistanla “Pinaka” raket sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb.

Qumral