-
- 10-11-2022, 15:29
- 322
Ermənistan Hindistandan 150 milyon dollarlıq silah alır
Ermənistan Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacaq.
News24.az "sfera.az"-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Business Standart” yayıb.
Məlumata görə, sifarişi Hindistanın “Kalyani Strategic Systems Ltd” şirkəti alıb.
Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi bildirilir. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək.
Qeyd edək ki, bu, Ermənistan və Hindistan arasında silah-sursat alışı ilə bağlı ilk müqavilə deyil. Belə ki, bundan əvvəl Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub. Ermənistan bununla da Hindistandan “Pinaka” sistemlərini alan ilk ölkə olub.