Bayden Putin qarşısında baş əyməyəcəyini bildirib
    • 8-03-2024, 14:54
    • 237

Bayden Putin qarşısında baş əyməyəcəyini bildirib

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın NATO ölkələri ilə bağlı bəyanatını təhlükəli və qəbuledilməz adlandırıb.

News24.az xəbər verir ki, bu barədə Co Bayden Konqresdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onun Rusiya prezidenti Vladimir Putinə mesajı sadədir:

 “Biz təslim olmayacağıq, əyilməyəcəyik. Baş əyməyəcəyəm”, - deyə Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, onun məqsədi “Konqresi oyatmaq və Amerika xalqına demokratiyanın təhlükədə olduğu barədə xəbərdarlıq etməkdir".

"Əgər bu otaqda kimsə Putinin Ukraynada dayanacağını düşünürsə, sizi əmin edirəm ki, dayanmayacaq”, - Co Bayden bildirib.

O vurğulayıb ki, Ukrayna Rusiyaya qarşı döyüşmək üçün hərbi yardım və silah istəyir, Amerika əsgərlərini istəmir.

"Onlar Amerika əsgərlərini istəmirlər. Əslində Ukraynada müharibədə iştirak edən Amerika əsgərləri yoxdur. Mən bunu belə saxlamaqda qərarlıyam”, - Bayden deyib və əlavə edib ki, tarix onları izləyir.

"Tarix bizi izləyir, tarix Nümayəndələr Palatasını izləyir", - ABŞ prezidenti deyib.