Husilər Amerika gəmilərini vurdu
    • 9-03-2024, 18:05
    • 171

Husilər Amerika gəmilərini vurdu

Yəməndəki husilər 37 pilotsuz uçuş aparatı ilə Qırmızı dəniz və Ədən körfəzindəki Amerika döyüş gəmilərini hədəf aldıqlarını açıqlayıb.

News24.az xəbər verir ki, ABŞ ordusu bu gün bəyan edib ki, ABŞ və müttəfiq qüvvələri İranın dəstəklədiyi Yəmən üsyançıları tərəfindən Qırmızı dəniz və Ədən körfəzinə atəş açan 15 birtərəfli hücum pilotsuz təyyarəsini vurub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qeyd edib ki, “genişmiqyaslı” hücum “kommersiya gəmiçiliyi, ABŞ Hərbi Dəniz Qüvvələri və regiondakı koalisiya gəmiləri üçün qaçılmaz təhlükə yaradır”. ABŞ və müttəfiqlərinin hərbi gəmiləri, təyyarələri tərəfindən vurulub.

ABŞ ordusu dünən Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdə yük maşınına quraşdırılmış iki gəmi əleyhinə raketə qarşı "özünümüdafiə hücumu" həyata keçirdiyini açıqlayıb.

CENTCOM-un verdiyi açıqlamada, “Sənəa vaxtı ilə təxminən 15:55-də husi terrorçuları Yəməndən Ədən körfəzinə Sinqapur bayraqlı M/V Propel Fortune adlı gəmiyə iki gəmi əleyhinə ballistik raket atıblar".

Qeyd edək ki, hücum zamanı xəsarət alan və dağıntının olmadığı bildirilib.

Günel Məlikzadə