Husilərin hücumu can aldı
    • 7-03-2024, 19:30
    • 274

Husilərin hücumu can aldı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin dünən yerli vaxtla saat 11.30 radələrində M/V True Confidence ticarət gəmisinə ballistik raketlə hücum etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, CENTCOM-un verdiyi açıqlamada, 

"Martın 6-da saat 11:30 radələrində Ədən körfəzindən keçən Liberiyanın Barbados bayraqlı, M/V True Confidence yük daşıyıcısına gəmi əleyhinə ballistik raket atılıb. Raket gəmiyə dəyib və çoxmillətli ekipajdan 3 nəfərin öldüyü, ən azı 4 nəfərin yaralandığı, onlardan 3-nün vəziyyətinin ağır olduğu, gəmiyə ciddi ziyan dəydiyi bildirilib. Ekipaj gəmini tərk etdi və koalisiya hərbi gəmiləri gəmiyə müdaxilə edərək vəziyyəti dəyərləndirməyə başladı”.

Günel Məlikzadə