Şahruddin 2 qol buraxdı - Sarı vərəqə aldı
    • 9-03-2024, 21:11
    • 199

Şahruddin 2 qol buraxdı - Sarı vərəqə aldı


Türkiyə Super Liqasında 29-cu turun oyunları davam edir.

News24.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Konyaspor"un qonağı olub.

Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb

29 turdan sonra 36 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.