ABŞ ordusu Haitidəki səfirlik əməkdaşlarını təxliyə edib
    • 10-03-2024, 18:47
    • 135

ABŞ ordusu Haitidəki səfirlik əməkdaşlarını təxliyə edib


ABŞ ordusu, davam edən fövqəladə vəziyyət səbəbindən Haitidəki Amerika səfirliyinin bəzi personalını hava yolu ilə təxliyə edib və diplomatik korpusda təhlükəsizliyi gücləndirib.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Reuters” ABŞ Cənub Komandanlığının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, səfirlik əməkdaşlarının təxliyə edildiyi hərbi təyyarənin göyərtəsində Haiti vətəndaşı olmayıb.

Bəyanatda bildirilib ki, ABŞ-ın Haitidəki səfirliyi Vaşinqtonun Haiti xalqına və ölkənin milli polisinə dəstək və azad seçkilərin keçirilməsinə şərait yaratmaq səylərini inkişaf etdirməyə sadiqdir.