Hərbi təyyarələr Kabil hava limanından havaya qalxmağa başladı
    • 17-08-2021, 08:59
    • 368

Hərbi təyyarələr Kabil hava limanından havaya qalxmağa başladı

Diplomatları və mülki əhalini təxliyə edən hərbi təyyarələr çərşənbə axşamı səhərdən etibarən Kabil hava limanından uçuşlar həyata keçirməyə başlayıb.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, hava limanında uçuş-enmə zolağı insanlardan təmizlənib. 

Eyni zamanda "Flight Radar" saytına əsasən, təxliyə xəbəri yayılan anda Kabil üzərində heç bir təyyarə olmayıb.