Aytən Məmmədovanı o qətlə yetirib - TƏFƏRRÜAT
    • 10-03-2024, 21:50
    • 360

Aytən Məmmədovanı o qətlə yetirib - TƏFƏRRÜAT


Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.

News24.az xəbər verir ki, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədova münaqişə zəminində bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.

Onu qətlə yetirməkdə şübhəli bilinən isə mərhumun keçmiş həyat yoldaşıdır.

Qeyd edək ki, onların iki övladı var və hadisədə şübhəli bilinən şəxs öncələr məhkumluq həyatı yaşayıb.

Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.