Eyni lotereya biletlərini alan dostlar CEKPOTU UDDULAR
    • 10-03-2024, 21:53
    • 262

Eyni lotereya biletlərini alan dostlar CEKPOTU UDDULAR


ABŞ-dan olan dostlar lotereya biletləri alarkən eyni nömrə kombinasiyasını seçərək cekpotu udublar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Michigan Lottery Connect" məlumat yayıb.

Miçiqan ştatının Saginav şəhərindən olan 59 yaşlı Naomi Kouli mütəmadi olaraq dostu ilə lotereyada iştirak edir.

“Dostumla mən həmişə deyirdik ki, lotereyada udsaq, pulu böləcəyik. İki nəfərlik bir bilet almaq əvəzinə, eyni nömrələrlə ayrı-ayrı biletlər almağa başladıq”, - o deyib.

Dostlar uduş fondunun məbləğini açıqlamayıblar.