-
- 10-03-2024, 23:22
- 278
Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat keçirilib
Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat keçirilib.
News24.az Day.Az-a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Kiber Cinayətlər Şöbə Müdirliyi və İstanbul Anadolu Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində kiber fırıldaqçılara qarşı istintaq aparılıb.
Mərkəzi İstanbul olan 13 vilayətdə həyata keçirilən kiber fırıldaqçılıq əməliyyatında 32 şübhəli şəxs saxlanılıb.
Bəzi şübhəlilərin Türkiyədə fəaliyyət göstərən bir ödəniş təşkilatının sistemlərindəki zəiflikdən istifadə edərək, öz hesablarına 27 milyon türk lirəsi köçürdükləri müəyyən edilib.
Məlumat üçün qeyd edək ki, saxlanılan 32 şübhəlidən 14-ü məhkəmə tərəfindən həbs edilib.