Qobuda itlərin hücum etdiyi uşağın SON VƏZİYYƏTİ
    • 11-03-2024, 11:36
    • 242

Qobuda itlərin hücum etdiyi uşağın SON VƏZİYYƏTİ

"Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə yaralanan 9 yaşlı uşağın son vəziyyəti açıqlanıb.

Bu barədə News24.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, pasiyent bu gün reanimasiyadan palataya köçürülüb.

"Azyaşlının vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir", - deyə bildirilib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında azyaşlını itin parçalaması barədə görüntülər yayılıb. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib.