Qarnından 5 kiloqramlıq kütlə çıxdı
    • 11-03-2024, 14:02
    • 612

Qarnından 5 kiloqramlıq kütlə çıxdı

Uzun müddətdir qarın ağrısından şikayət edən 38 yaşlı Əzize Bayraktarın qarnından təxminən 5 kiloqram 40 santimetr uzunluğunda mioma (uşaqlıqda inkişaf edən xoşxassəli şiş) çıxarılıb.

News24.az xəbər verir ki, Kırıkkaledə yaşayır və xəstəliyi ilə əlaqədar ginekoloq Prof. Dr. Yavuz Şimşəkə müraciət edən Bayraktar ultrasəs və MRT nəticələrində uşaqlıq yolundan çıxan böyük bir kütlə aşkarlanıb.

Ankarada özəl xəstəxanada 6 gün əvvəl həyata keçirilən əməliyyatda Bayraktarın uşaqlığı və yumurtalıqları qorunub, kütlə çıxarılıb.

Prof. Dr. Yavuz Şimşək bildirib ki, xəstə ona Kırıkkaledəki ofisində çox böyük kütlənin yaratdığı qarın ağrısı və şişkinlik şikayətləri ilə müraciət edib.

Günel Məlikzadə