Avtobus aşdı: 24 nəfər yaralandı
    • 11-03-2024, 17:00
    • 174

Avtobus aşdı: 24 nəfər yaralandı

Ankaranın Sincan rayonunda sərnişin avtobusu aşıb.

News24.az xəbər verir ki, bu barədə “CNN TÜRK” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 24 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə