Avtobus körpüdən aşdı: 31 nəfər öldü
    • 28-02-2024, 14:10
    • 228

Avtobus körpüdən aşdı: 31 nəfər öldü

Malidə avtobusun körpüdən aşması nəticəsində 31 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Nəqliyyat və İnfrastruktur Nazirliyi feysbukda hesabında məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla ötən gün saat 17:00 radələrində baş verib. 

Qəzanın başvermə səbəbi sürücünün idarəetməni itirməsi ilə əlaqələndirilir.

Mehriban Mirzəzadə