Türkiyədə baş verən avtobus qəzasında 7 nəfər ölüb, 22 nəfər yaralanıb
    • 30-07-2023, 12:45
    • 187

Türkiyədə baş verən avtobus qəzasında 7 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda sərnişin avtobusu yoldan çıxaraq aşıb.

News24.az  AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub.

Qeyd edək ki, hazırda 50 metr dərəyə yuvarlanan avtobusdan sərnişinlərin çıxarılması davam edir.

Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.