Türkiyədə dəhşətli qəza: 9 nəfər öldü, 30 yaralı
    • 16-01-2024, 10:00
    • 130

Türkiyədə dəhşətli qəza: 9 nəfər öldü, 30 yaralı

Türkiyədə Mərsin-Antalya avtomobil yolunun Aydıncık bölgəsindən keçən hissəsində sərnişin avtobusu aşıb.

News.24.az xəbər verir ki, bu barədə  “HABER7” məlumat yayıb.

Türkiyədə Marmarisdən Mardinə gedən Dilmenler Mardin şirkətinə məxsus 47 NA 767 nömrəli avtobus D-400 şosesinin Yenikaş Məhəlləsi yaxınlığında baryerə çırpılaraq aşıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbi məlum deyil.

Mehriban Mirzəzadə