-
- 11-03-2024, 23:05
- 324
Tanınmış aktrisaya qurulan “TƏLƏ”: “Məni aldadıb valerian verərək deyiblər ki...”
“Məni neçə-neçə baş roldan uzaqlaşdırdılar, aylarla-illərlə heç nəyə çəkilmədim”.
News24.az xəbər verir ki, bu sözləri sənət yolunda qarşılaşdığı çəktinliklərdən danışan Əməkdar artist Mehriban Xanlarova “Dəyişən cavab” verilişində deyib.
Vaxtilə yaşadığı ağır günlərdən də bəhs edən aktrisa aylarla panik-atakdan əziyyət çəkdiyini bildirib:
“Məni neçə-neçə baş roldan uzaqlaşdırdılar, aylarla-illərlə heç nəyə çəkilmədim. Efirlərə yaxın buraxmayıblar. İllərlə panik-atak xəstəsi olmuşam. Elə olub, divanda otururdum, elə bilirdin ki, bu dəqiqə öləcəm. Beynimdə ancaq bir fikir olub ki, öləcəm, öləcəm.
Özümlə mücadilə etmişəm. Məni yalandan aldadaraq valerian veriblər, deyiblər, yaxşı dərmandır, bu səni sağaldacaq. Dik dayanmışam. Nə qədər qarşımı kəsib, rollarımı alıblar. O rolları gedib özləri oynayıblar. Bilirəm kimlərdir, amma adlarını çəkmirəm. Mən yenə həmin Mehriban Xanlarovayam”.