-
- 10-11-2018, 15:23
- 2 834
Mehriban Xanlarova yenə qınaq obyekti oldu
Bir müddət öncə “Canım sizə desin” verilişində azəri "Vandamla" rəqsinə görə sərt tənqid olunan və verilişi bağlanan əməkdar artist Mehriban Xanlarova bu dəfə “Təhminə” serialında canlandırdığı Aliyə obrazına görə tamaşaçılar tərəfindən qınağa tuş gəlib.
Əməkdar artist getdiyi yerlərdə insanların obrazla bağlı iradları ilə qarşılaşdığını deyib:
“Təhminə” serialında Aliyə obrazım bir çox tamaşaçıları qıcıqlandırdı. Bu da təbii oyunumdan irəli gəlir. Hətta qarşımı kəsib deyənlər də olub ki, niyə ərini o günə qoyursan. Mən də deyirəm ki, elə kişiyə o da azdır. Serialda həyat yoldaşım Ənvər bütün günahları məndə görür, yola getmir, sonra da boşanır. Həyatda elə ərim olsaydı, eyni cür davranardım. Çoxları obrazımı bəyəndiklərini deyir”.
Aktrisa illər öncə çəkilən “Təhminə” filmini də xatırlayıb:
“O vaxt Rasim Ocaqov məni “Təhminə” serialında baş rola çəkəcəkdi, hətta Fəxrəddin Manafovla sınaq çəkilişlərim də oldu. Lakin sonradan bilmədim, nə baş verdi, gördüm ki, Türkiyədən yerimə aktrisa dəvət edilib. Məni dəyişib, Meral Konratı çəkdilər. Əsl Təhminə elə özüməm. Əslində Təhminə əxlaqsız qız deyil, cəmiyyət onu əxlaqsız kimi qəbul edir”.
Əməkdar artist Qırğızıstanda keçiriləcək Teatr festivalına qatılacağını da bildirib: “Çingiz Aytmatovun yubileyi çərçivəsində Qırğızıstan Dövlət Teatrının səhnəsində festival keçiriləcək. Müxtəlif ölkələrin teatr kollektivləri ilə yanaşı Akademik Milli Dram Teatrının kollektivi də orada təmsil olunacaq. Mənim baş rolda çıxış etdiyim “Manqurt” tamaşası təqdim olunacaq”.
//Yenicag.az