-
- 11-03-2024, 21:39
- 685
Həyəcan təbili: Cinsi yolla keçən amansız xəstəliklər...
Avropada cinsi yolla keçən xəstəliklərə yoluxma halları artıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) mətbuat xidməti məlumat yayıb.
“Nəticələr sifilis, qonoreya və xlamidiya hallarının həyəcan verici artımını göstərir", - Avropada xəstəliklərin yayılması ilə bağlı hesabatda deyilir.
Bildirilib ki, 2022-ci ildə təsdiqlənmiş cinsi yolla keçən xəstəliklərin sayı 2021-ci illə müqayisədə xeyli artıb. Xüsusilə sifilis - 34%, xlamidiya - 16% və qonoreyada - demək olar ki, 50% artım var. Eyni zamanda, ECDC əlavə edib ki, insanlar lenfoqranuloma venerum (LGV) və anadangəlmə sifilisdən əziyyət çəkirlər.
Mərkəz izah edib ki, bu cür hallar Aİ-də cinsi yolla ötürülən xəstəliklərin yayılmasının qarşısını almaq və onların ictimai sağlamlığa təsirini azaltmaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.