-
- 21-02-2024, 20:33
- 744
“Seks xəstəliklərin qarşısını alır”
Çinli mütəxəssis orqazmın xəstəlikləri aradan qaldırdığını iddia edərək cinsi əlaqədə olmağı tövsiyə edib.
News24.az Medicina.az-a istinadla xəbər verir ki, Nina Çenq adlı çinli mütəxəssis bu barədə “TikTok” profilində yayımladığı videoda bildirib.
Onun fikrincə, xəstəliklər üçün dərmana ehtiyac yoxdur, bunun əvəzində cinsi əlaqə yaşamaq kifayətdir. Mütəxəssisin sözlərinə görə, müntəzəm cinsi əlaqə sağlamlıq üçün vacibdir:
"Bilirdinizmi ki, ənənəvi Çin təbabətində qeyri-kafi cinsi əlaqə xəstəlik səbəbi kimi qəbul edilir? Həddindən artıq cinsi fəaliyyətin uzunmüddətli təsiri vurğulansa da, bir çox insan Çin təbabətində qeyri-kafi cinsi əlaqənin də xəstəlik səbəbi kimi qəbul edildiyindən xəbərsizdir”.
O, xəstəliklərdən qorunmaq üçün nə qədər cinsi əlaqədə olmaq lazım gəldiyini də açıqlayıb. Müstəxəssis bunun üçün 2000 illik seksologiya mətni "Su Nu Jing"ə istinad edib.
Kitaba görə, 20 yaşlarında olan insanlar daha çox cinsi əlaqədə olmalı və bunu dörd gündən bir etməlidirlər. 30 yaşlarında olanlar üçün səkkiz gündən bir cinsi əlaqədə olmaq tövsiyə edilir. 40 yaşlarındakı aktiv insanlar hər 16 gündən bir cinsi əlaqədə olmalıdırlar. 50 yaşlarında olanların isə hər üç həftədən bir cinsi əlaqə yaşaması kifayətdir.
Bundan əlavə, Çenq iddia edir ki, partnyoru olmayanlar da orqazm olduqları müddətcə xəstəliklərdən qoruna bilərlər.
Bununla belə, ixtisaslaşmış həkimlər kişilərə və qadınlara "Su Nu Jing"in təklif etdiyindən daha tez-tez orqazm olmağı məsləhət görürlər. Harvard Universitetində aparılan bir araşdırma, kişilər üçün tez-tez boşalmanın prostat xərçənginin qarşısının alınmasının açarı ola biləcəyini müəyyən edib. Təxminən 32 000 kişi üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, yüksək cinsi aktivlik prostat xərçəngi riskini 33 faiz azalda bilər.
Tədqiqatçılar kişilər üçün optimal orqazm sayının ayda 21 dəfədən çox və ya həftədə beş dəfə olduğunu bildirirlər; qadınlar isə demək olar ki, hər gün orqazm olmalıdırlar.
Həkim Andrea Penninqton da daha əvvəl qadınların həftədə ən azı üç dəfə orqazm olmasının vacib olduğunu açıqlamışdı:
"Bunun bir çox faydası var. Depressiya və narahatlıqdan yaranan stressi aradan qaldıraraq özünüzü daha yaxşı hiss etdirir, hətta ağrı kəsici kimi təsir edir".