Avropada qızılcaya yoluxma kəskin şəkildə ARTIB
    • 25-04-2023, 11:01
    • 324

Avropada qızılcaya yoluxma kəskin şəkildə ARTIB

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

News24.az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə 159 qızılcaya yoluxma halı qeydə alındığı halda, 2022-ci ildə bu say 904-ə çatıb:

"ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqların immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırır.

Qızılca və məxmərək kimi ciddi xəstəliklərin qarşısının alınmasında vaxtında edilmiş peyvəndlər çox əhəmiyyətlidir. Ancaq bəzi hallarda həkimlərin müayinəsi ilə 15 yaşa qədər uşaqların qızılcaya qarşı peyvənd olunması mümkündür.

Maarifləndirici materiallar Avropa İttifaqının maliyyələşdirdiyi «Vaksinasiyaya Dəstək» layihəsi çərçivəsində hazırlanıb".