-
- 11-03-2024, 19:55
- 458
Dizelin qiyməti ucuzlaşacaq? AÇIQLAMA
"Dizel yanacağına görə rüsumun ləğvi qiymətlərin artımını əngəlləməyə hesablanıb".
Bunu News24.az-a açıqlamasında iqtisatdçı Natiq Cəfərli bildirib.
Qiymət dəyişikliyinin rüsumlardan yox, bu sahədəki dövlət siyasətindən asılı olduğunu deyən Natiq Cəfərli, belə davam edib:
"Bunun səbəbi Azərbaycanda dizel yanacağına görə qiymətin dövlət tərəfindən tənzimlənməsidir. Yəni, bu yanacaq növünün qiymətini Tarif Şurası müəyyən edir. Neft Emalı Zavodunun böyük hissəsi təmirdə olduğu üçün, əsasən də yaz aylarında dizelə təlabat artır. Belə olduqda xaricdən dizel yanacağı idxal olunur. Rüsmun ləğvi də məhz həmin yanacaq növünün daxili bazarda baha qiymətə satılmamasına xidmət edir. Hesab edirəm ki, bu qərar dizel yanacağının qiymətinə təsir göstərməyəcək".
Günel Məlikzadə