Türkiyədə daha bir mafiya çökdürüldü
    • 12-03-2024, 12:11
    • 144

Türkiyədə daha bir mafiya çökdürüldü

İstanbulda keçirilən “MAHZEN-10” əməliyyatlarında lideri Murat Özünlü olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Əməliyyat zamanı 39 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Ali Yerlikaya bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 63 ədəd sənədsiz tapança, 48 ədəd sənədsiz ov tüfəngi, 10 kiloqram metamfetamin, külli miqdarda narkotik həb və müxtəlif miqdarda bitki mənşəli marixuana müsadirə edilib. 

Qumral