-
- 12-03-2024, 14:42
- 1 171
Manat dollara qarşı güclənəcək?
"2024-cü ildə milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olaraq müəyyənləşəcək".
Bunu News24.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
Yanvar-fevral aylarında dollara tələbin artmasının müşahidə olunduğunu bildirən Vüqar Bayramov sözlərinə belə davam edib:
"Martdan etibarən isə biz dolara tələbin azalması və valyuta bazarında stabilləşməni görürük.
Bu gün keçirilən valyuta hərracında tələb 79,4 milyon dollar olub. Bu da valyuta tələbinin stabilləşməsindən xəbər verir. Təbii ki, növbəti dövrlərdə manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən intermensiya olunaraq qorunması çox vacibdir.
2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Azərbaycanda üzən valyuta rejiminə keçilmədiyi üçün Mərkəzi Bankın mövqeyi bu kontekstdə çox önəmlidir. Manatın dollara nisbətən möhkəmlənməsi gözlənilmir.
Mərkəzi Bank bəyan etdiyi kimi, mövcud məzənnəni qoruyub saxlamağa çalışacaq. Amma, bu həm, neftin dünya bazarındakı qiymətindən, həm regionda baş verən dəyişikliklərdən, həm də xarici ticari dövriyyəmizdən birbaşa asılıdır".
Günel Məlikzadə