-
- 12-03-2024, 16:31
- 297
Ukraynadan Rusiyaya böyük PUA hücumu VİDEO
Ukrayna Rusiyanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edərək, Rusiyanın əsas neft emalı zavoduna ciddi ziyan vurub.
News24.az xəbər verir ki, Rusiya həmçinin bəzi ukraynalı qrupların ən azı 7 hücum həyata keçirərək Rusiya sərhədinə sızmağa cəhd etdiyini açıqlayıb, lakin Rusiya qüvvələri bu hücumları dəf edib.
Rusdilli ukraynalı qruplar sərhədi keçdiklərini desələr də, Rusiya bu iddianı təkzib edib.
Ukraynanın bu günə qədər Rusiyaya qarşı həyata keçirdiyi ən böyük PUA hücumlarından biri olan bu hücumda Rusiyanın Moskva, Leninqrad, Belqorod, Kursk, Bryansk, Tula və Oryol şəhərləri vuruldu.
Rusiya isə 25 Ukrayna PUA-nı vurduğunu açıqlayıb.
Rusiya rəsmiləri bir neçə enerji obyektinə hücumların edildiyini və bu hücumlarda Lukoil şirkətinin NORSI neft emalı zavodunda yanğının baş verdiyini və Rusiyanın ikinci ən böyük neft emalı zavodunun yerləşdiyi Kirişi şəhərinin çöl hissələrində PUA-nın vurulduğunu bildirib.
Reuters-ə danışan və anonimlik tələb edən sənaye mənbələr hücum zamanı NORSI-nin əsas xam distillə qurğusunun zədələndiyini göstərir.
O, bunun neft emalı zavodunda istehsalın ən azı yarısının dayanması demək olduğunu gördüyünü bildirdi.
Günel Məlikzadə