Rusiya Ukraynanı “raket yağışı”na tutdu
    • 30-12-2022, 11:06
    • 523

Rusiya Ukraynanı “raket yağışı”na tutdu

Rusiya-Ukrayna müharibəsində gərginlik hələ də davam edir. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasına görə, Rusiya ordusu dünən pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Ukraynaya hücum edib. 

News24.az xəbər verir ki, Rusiyanın hava hücumu Moskvanın ötən gün Kiyevin sülh planını qəbul etməyəcəyini elan etməsindən sonra baş verib.

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixaylo Podolyak sosial media hesabında bu fikirləri yazıb: “Rusiya kritik infrastrukturu məhv etmək və dinc sakinləri kütləvi şəkildə öldürmək üçün Ukraynaya 120-dən çox raket atıb”. Podolyak Rusiyanın sülh danışıqları çərçivəsində verdiyi bəyanatları da tənqid edib.

Kiyev meri Vitali Kliçko Kiyevi hədəf alan 16 rus raketinin vurulduğunu açıqlayıb. Kliçko Kiyev əhalisini elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdar edib və onlardan telefon və digər cihazları enerji ilə doldurmağı xahiş edib.