-
- 23-04-2019, 13:13
- 2 089
İntihara sürükləyən doğmalar… - CƏLİL CAVANŞİR YAZIR
14 yaşlı məktəbli qızın (Elina Hacıyevanın) intiharı ölkə gündəmini uzun müddətdir zəbt edib. Hamı bu mövzuya münasibət bildirməyə, hadisəni şərh etməyə çalışır, günahkarların cəzalandırılmasını tələb edir. Bu məsələ məni daha çox incidir, narahat edir. Qarşıma çıxan bütün intihar xəbərlərinə görə özümü qınayıram, ittiham edirəm. Günahkarlıq duyğusu yaxamı buraxmır…
...İntihar mövzusu tarix boyunca filosofları, sosioloqları, psixoloqları, tibbi məşğul etmiş ciddi mövzulardan biridir. İntihar haqda fikirlər dinə və mental dəyərlərə görə dəyişir. Bəzən utancverici və qəbuledilməz hal hesab olunsa da, bəzi mədəniyyətlərdə intihar çıxılmaz vəziyyətdən xilas olmağın ən qürurlu yolu kimi dəyərləndirilir.
İstənilən halda oxuduğum, qarşılaşdığım bütün intihar xəbərləri məni sarsıdır, pessimistləşdirir. Bu xəbərlərin ağırlığı altında əzilirəm. Bəlkə də bütün intihar edənləri öz qədər ortağım hesab etdiyimə görə, bəlkə də dəfələrlə intihara cəhd etdiyim və ölməyi bacarmadığım üçün...
Hər gün bəh-bəhlə paylaşdığımız intihar xəbərləri yeni intihar dalğasına – "Verter sindromu"na da yol aça bilər. Aylar öncə uğursuz intihar cəhdimin mediada kütləvi şəkildə tirajlanmasını xatırlayıram. Bu hadisənin ictimailəşməsində media da mənim qədər günahkar idi. Hətta ən yaxın doslarım belə, məni qınamaq üçün məlum videoları paylaşır, müxtəlif şərhlər yazırdılar. Mən bir təsadüf nəticəsində sağ qaldım, amma bəlkə də o qanlı videonu izləyənlər arasında sonradan intihara cəhd edənlər də oldu. Keçirdiyim psixoloji sarsıntı, səhhətimin və əsəblərimin pozulması bir az da məsələnin hədsiz dərəcədə şişirdilməsi və müzakirə mövzusuna çevrilməsi ilə bağlı idi. O halımda belə “Verter sindromu”ndan narahat idim. Ümumiyyətlə özümü qınamadığım, əzab çəkmədiyim gün yoxdur.
"Verter sindromu" televiziya və ya digər media vasitlərində geniş şəkildə işıqlandırılmış intiharları yamsılayan kütləvi intiharlar dalğasıdır. Bu sindromu amerikan sosioloqu Devid Filipps aşkar edib və ətraflı araşdırıb. Devid Filippsin aşkarladığı bu sindrom XVIII əsr Avropasıyla bağlıdır. Sözügedən əsrin sonlarında Götenin "Gənc Verterin iztirabları" romanı çap olunur və oxucular arasında geniş yayılır. Romanın qəhrəmanı Verterin intiharını yamsılayan intiharlar dalğası geniş yayılır.
Ötən əsrdə məşhur müğənnilərin, aktyorların, tanınmış simaların intiharından sonra yaranan dalğanı da "Verter sindromu" hesab etmək olar.
Mənim intihar cəhdimin bu qədər müzakirələrə səbəb olması da təsadüfi deyil. Tanınmış şəxslərin səhvlərinin üstündən cəmiyyət sükutla keçə bilmir. Məni qınayalanlar haqlı idi, amma mən ölümün bir addımlığından dönmüşdüm.
O zaman düşünmədən qərar vermişdim intihar etməyə. O vaxt məni anlayan, yanımda olan bir dosta, bir doğmaya ehtiyacım vardı. Amma məhz güvəndiyim, dogma hesab etdiyim adam bu qərarıma səbəb oldu. İntihar edən insanların ən yaxın, ən dogma adamları günahkardır. Çox vaxt ən çox sevdiyimiz adamların laqeyidliyi, soyuqluğu bizi bu həddə çatdırır.
Sosial, psixoloji, maddi problemlər sadəcə bəhanədir. Günahkarları intihar qurbanlarının yaxın ətrafında axtarılmaq lazımdır. Cəmiyyəti, təhsil sistemini, sosial problemləri də səbəb, bəhanə hesab etmək olar, amma ən böyük günahkar çox vaxt sadəcə doğmalarımız, ya da dogma bildiklərimizdir…
Təsadüfi bir avtomobil qəzasında dünyasını dəyişən fransız yazıçısı və filosofu Alber Kamü intiharı ciddi fəlsəfi problem hesab edirdi və deyirdi: "Həyat - yaşamağa dəyməyəcək qədər mənasızdır, amma bununla belə yaşamaq lazımdır"
Düşünürəm ki, doğmalarımıza, yaxınlarımıza, dostlarımıza ətrafımızdakı insanlara daha diqqətli davranmalıyıq. Sevgi, şəfqət, diqqət və mərhəmət intihardan çəkindirə, doğmalarımızı qoruya bilər…
Cəlil CAVANŞİR