İntihar etmək istəyən şəxsi fikrindən daşındırdılar
    • 29-03-2019, 10:44
    • 831

İntihar etmək istəyən şəxsi fikrindən daşındırdılar

Yevlax şəhərində bir nəfər intihar etmək istəyib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihara cəhd edib. Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, intihar fikrindən daşınıb. Nəticədə əməliyyat uğurla başa çatıb.