İntihar etmək istəyən insanı bu hərəkətləriylə müəyyən etmək olur - Psixoanalitik Elmir Əkbər danışdı - VİDEO
    • 20-07-2018, 12:06
    • 8 027

İntihar etmək istəyən insanı bu hərəkətləriylə müəyyən etmək olur - Psixoanalitik Elmir Əkbər danışdı - VİDEO

80 yaşlı nənənin intiharı, 18 yaşlı qızın özünə qəsdi- İntiharın yaşı yoxdur

Növbəti səhərimiz yenə intihar xəbərləri ilə başladı. Eşitmək və görmək istəməsəkdə, yenə də eşidir və görürük. Ürək ağrıdan, tükürpətən xəbərlər olmasın desək də, cəmiyyətdə bu hallar günü-gündən çoxalır. Bədənimizin hansısa bir nahiyəsi yaralananda acısından saatlarla dayana bilmirik. 

Kəsərək, doğrayaraq, hündürlükdən atılaraq, boğularaq, yandıraraq canına qıymaq istəyənlər əvvəlcədən o acını heç düşünürmü? Axı bir insan öz canına necə qıya bilər? Səbəb nədir?

Əslində çox vaxt biz, cəmiyyət özü kimlərisi intihara sürükləyir, bəzən bir kəlməmizlə belə qatilə çevrildiyimizin fərqində olmuruq.


Bir neçə il bundan öncə intihar etmək istəyən və bundan yaxa qurtarmağı bacaran qəhrəmanımızala sizi tanış edəcəm. Onu buna nə vadar etdi və bu fikrindən necə daşındı. Gəlin bunu onun öz dilindən eşidək.

Son illər adiləşən intihar halları çox ailələri gözüyaşlı qoyur. Əgər ailənin bir üzvü intihara cəhd etməyə çalışırsa, ağlına bunu yerləşdiribsə və ailə bundan xəbərsizdirsə, onun intihara cəhd edəcəyini ailə necə müəyyən edə bilər? Bu və bu kimi sualların cavabını psixoanalitiq Elmir Əkbər verəcək.

News24.az intihar etməkdən daşınan qəhrəmanımızı və psixoanalitik Elmir Əkbərin söhbətini sizə təqdim edir:

Müxbir: Elvin Nüsrətoğlu
Video: Nurlan Gülməmmədov