Mikroyuxu təhlükəlidir?
    • 12-03-2024, 17:03
    • 449

Mikroyuxu təhlükəlidir?

Bəzi işlərlə məşğul olarkən birdən gözləriniz bağlanır və qeyri-ixtiyari olaraq bir neçə saniyə yuxuya gedirsiniz. Təhlükəsiz bir mühitdə oturarkən başınıza bu gəlsə, bir anlıq çaxnaşma içində oyanıb həyatınıza davam edə bilərsiniz. Bəs bu, maşın sürərkən və ya mexanizmlərlə işləyərkən başınıza gəlsə? O zaman vəziyyət təhlükəli olur.

News24.az xəbər verir ki, yuxu canlıların həyatda qalmaq üçün ən əsas ehtiyaclarından biridir. Bədənin dincəlməsi, enerjinin yenidən yığılması, maddələr mübadiləsinin və hormon balansının tənzimlənməsi kimi bir çox fiziki fəaliyyətlə yanaşı, zehni güclənməni də təmin edən bir prosesdir. Hər gecə yenilənən bioloji dövran olan yuxunun müddəti də önəmlidir.

Mütəxəssislər ideal yuxu vaxtının 7,5-8 saat olduğunu bildirirlər. Müntəzəm və adekvat yata bilməyənlər riskli vəziyyətlə üzləşirlər. Bu vəziyyətin adı; mikro yuxudur.

Bəs mikroyuxu nə vaxt təhlükəlidir?

Mikroyuxu hücumları cəmiyyətdə və iş həyatında ciddi təhlükələrə səbəb ola bilər. Davamlı uzun iş saatları, zehni və fiziki həddindən artıq yorğunluq mikroyuxu hücumlarına, mikro yuxu hücumları isə sadə və ya mürəkkəb səhvlərə, qəzalara, xəsarətlərə və hətta ölümlərə səbəb ola bilər.

Gecə növbəsində işləyənlər, həkimlər, pilotlar, uzun müddət səyahət edən sürücülər, körpələrinə və ya uşaqlarına tək baxan analar risk qrupuna daxildir.

Ən mühüm təhlükə, nəqliyyat vasitələri və mexanizmlərdən istifadə edərkən qəzalara səbəb ola bilməsidir. Xüsusilə sürücülər, nəqliyyat vasitələri və mexanizm istifadəçiləri böyük risk altındadır.

Günel Məlikzadə