“Hamı biləcək ki, ağ bayrağı qaldıran rusdur” – Zelenski
    • 12-03-2024, 23:05
    • 244

“Hamı biləcək ki, ağ bayrağı qaldıran rusdur” – Zelenski

“Rusiya idmançıları bu il Fransada keçiriləcək Olimpiadada təmsil olunmamalıdır”.

News24.az xarici mediayana istinadən xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

Onun sözlərinə görə, hətta rus idmançılarının yalnız neytral ağ bayraq və ya digər bayraq altında yarışmasına icazə verilsə belə, buna yol vermək olmaz.

“Biz axmaq deyilik. Tribunalarda olan hər kəs başa düşəcək ki, ağ bayraqlı kimdir? O, rusdur”, – Zelenski qeyd edib.

Ukraynanın dövlət başçısı ümid edir ki, Fransa bu məsələdə ədalətin tərəfini tutacaq:

“Rusiya adlı terrorçu təşkilatı təmsil edən qatillərin və ya müəyyən idmançıların Olimpiya Oyunlarında təmsil olunmasını istəməzdik. İstərdik ki, Fransa ədalətin, indiki halda bizim tərəfimizdə olsun”, – deyə Zelenski vurğulayıb.