"Ukrayna Rusiyanı məğlub edə bilməz" - Siyarto
    • 12-03-2024, 19:50
    • 156

"Ukrayna Rusiyanı məğlub edə bilməz" - Siyarto

Ukrayna Rusiyanı  məğlub etmək iqtidarında deyil. 

News24.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O hesab edir ki, Ukrayna gücləndiyi və irəliləməkdə davam etdiyi üçün Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək. 

Eyni zamanda, siyasətçi hər şeyin sülh danışıqları ilə yekunlaşacağına əminliyini ifadə edib.

Siyarto onu da qeyd edib ki, Macarıstan NATO-ya üzv olan yeganə ölkədir ki, Ukrayna Silahlı Qüvvələrinə silah ötürməkdən imtina edir.

“Biz başa düşürük ki, nə qədər çox silah tədarük edilərsə, münaqişə bir o qədər uzun sürəcək və bir o qədər çox insan öləcək”, - deyə nazir söyləyib.

Macarıstan münaqişənin əvvəlindən ardıcıl olaraq Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya silah göndərilməsinə qarşı çıxıb. Ölkə rəhbərliyi dəfələrlə vurğulamışdır ki, Budapeşt sülh danışıqlarının mümkün qədər tez başlamasının tərəfdarıdır.

Mehriban Mirzəzadə