"Rusiya nüvə silahından istifadə edə bilər" - Putin
    • 13-03-2024, 10:31
    • 148

"Rusiya nüvə silahından istifadə edə bilər" - Putin

Əgər söhbət Rusiya dövlətinin mövcudluğundan, ölkənin suverenliyinə və müstəqilliyinə zərər vurmasından gedirsə, Rusiya nüvə silahından istifadə etməyə hazırdır.

News24.az xəbər verir ki,  bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində deyib.

Putin bildirib ki, ehtiyac olarsa, Rusiya istənilən silahdan, o cümlədən nüvə silahından da istifadə edə bilər:

“Silahlar istifadə üçün mövcuddur. Bizim öz prinsiplərimiz var. Əgər söhbət Rusiya dövlətinin varlığına, suverenliyimizə, müstəqilliyimizə xələl gətirməkdən gedirsə, istənilən silahdan, o cümlədən sizin dediyiniz silahdan istifadə etməyə hazırıq. Bizim üçün strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik”.

“Hərbi-texniki baxımdan, əlbəttə ki, biz hazırıq. Nüvə raketlərimiz daim döyüşə hazır vəziyyətdədir”, - deyə Rusiya lideri qeyd edib.

Qumral