-
- 13-03-2024, 10:55
- 1 809
Araikin müsahibəsi İrəvanı qarışdırdı – “O bu sirləri açacaq”
Bakıda həbsdə olan keçmiş qondarma rejimin “lideri” Araik Arutyunyanın AzTV-yə müsahibəsi Qarabağdan Ermənistana köçən separatçılar arasında ciddi narahatlığa səbəb olub.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, separatçı “lider”in müsahibəsində verəcəyi məlumatların, səsləndirəcəyi fikirlərin erməni xalqı üçün ağır nəticələri ola bilər.
Erməni KİV-in məlumatına görə, İrəvanda Arutyunyanın Qarabağ müharibələrində Ermənistanın birbaşa iştirakı ilə bağlı sirləri açacağı barədə narahatlıqlar var.
Xatırladaq ki, A.Arutyunyanın AzTV-yə müsahibəsi “Antiterror” sənədli filminin tərkibində matın 28-i nümayiş olunacaq.