-
- 4-10-2023, 12:19
- 1 662
Arayik dindirildi: VƏKİLDƏN İLK AÇIQLAMA
Ötən gün saxlanılan Qarabağda erməni separatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyanın vəkili məlum olub.
News24.az xəbər verir ki, vəkil Alov Səfərəliyevin sosial media hesabında Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdiyi bildirilib.
Vəkil vurğulayıb ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir.
“Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”, - Alov Səfərəliyev qeyd edib.