-
- 13-03-2024, 11:02
- 238
Ryazan neft emalı zavodu VURULDU
Ukraynaya məxsus pilotsuz uçan aparat Ryazan vilayətində neft emalı zavodunun üzərinə düşüb, yanğın başlayıb.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vilayətin qubernatoru Pavel Malkov Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın neft emalı zavoduna hücumunu təsdiqləyib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yanğının sahəsi 150 kvadratmetr olub.
Qeyd edək ki, ildə 17 milyon ton neft emal etmə gücündə olan bu müəssisə "Rosneft"ə məxsusdur.
Qumral