Azərbaycan XİN Ər-Riyada edilən PUA hücumunu PİSLƏDİ
    • 14-03-2022, 20:20
    • 1 545

Azərbaycan XİN Ər-Riyada edilən PUA hücumunu PİSLƏDİ

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumunu pisləyib.

News24.az xəbər verir ki, , bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında qeyd olunub.

“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, - twitter-də bildirilib.

Xatırladaq ki, martın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki neft emalı zavoduna PUA-lar vasitəsilə hücum edilib. Hadisə nəticəsində heç kəs zərər çəkməyib, neft tədarükündə problem yaşanmayıb. Hücumları İranın dəstəklədiyi Yəməndəki husi qruplaşmaları törədib.